Avstriyanın qərbində yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident İnsbruk şəhər hava limanı yaxınlığında qeydə alınıb.
Qəza nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər ölüb. Onların İsveçrə vətəndaşları olduğu bildirilir.
Qəzanın səbəbləri müəyyənləşdirilir.