Bank Of Baku

Avstriyanın Ankaradakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

Avstriyanın Ankaradakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
# 13 noyabr 2016 04:29 (UTC +04:00)

Avstriyanın Ankaradakı səfirliyinin qarşısında rəsmi Vyananın PKK-ya dəstək verməsinin  əleyhinə etiraz aksiyası keçirilib.  

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, aksiyada minədək şəxs iştirak edib.  

 

Aksiyada PKK-ya qarşı hərbi əməliyyatların veteran iştirakçıları və terror aktları qurbanlarının qohumları iştirak ediblər. Analoji aksiyalar son günlər Almaniya, Belçika və Fransanın Ankaradakı səfirlikləri qarşısında keçirilib. Etirazçılar “PKK-ya dəstək göstərilməsinə son qoyun” və “Artıq səbir kasamız  dolub” və s. şüarlar səsləndiriblər.

 

Prezident Rəcəb Tayyip Ərdoğan bundan əvvəl Qərb ölkələrini PKK terrorçularına sığınacaq verməkdə günahlandırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR