Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bütün Gürcüstanın Patriarxı II İlyanı intronizasiyasının 40 illiyi münasibətilə təbrik edib.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, D. Həsənov təbrikində patriarxın Gürcüstan xalqı ilə birgə çətin yol keçdiyini qeyd edib:
“II İlya hamını qarşılıqlı anlaşma, sevgi və Allaha sevgiyə çağırır. O, xoşməramlı missiyasının sayəsində bütün dinlər və xalqlardan olan insanları birləşdirə bilib”.
Diplomat Gürcüstan patriarxına uzun ömür və cansağlığı arzu edib.
II İlyanı Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun digər nümayəndələri də təbrik ediblər.
Qeyd edək ki, II İlyanın patriarx olmasının 40 illiyi dekabrın 25-də tamam olur.