Bank Of Baku

Azərbaycandan Türkiyəyə gedən avtobusda yanğın baş verib

Azərbaycandan Türkiyəyə gedən avtobusda yanğın baş verib
# 07 yanvar 2018 21:27 (UTC +04:00)

Gürcüstanın Rustavi şəhəri yaxınlığında Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusunda yanğın baş verib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, avtobusda olan 50-yə yaxın sərnişin avtobusu vaxtında tərk edə bilib.  Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.

 

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası yanğını söndürüb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

 

Sərnişinlərin bildirdiyinə görə, avtobusda yanğın sürücünün istilik sistemini işə salmasından sonra baş verib. Avtobusdakı sərnişinlərin çoxunun Rusiya vətəndaşı olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR