Bank Of Baku

Barselonada Kataloniyanın müstəqilliyinin əleyhdarları aksiya keçirir

Barselonada Kataloniyanın müstəqilliyinin əleyhdarları aksiya keçirir
# 29 oktyabr 2017 12:44 (UTC +04:00)

Bu gün Kataloniyanın müstəqilliyinin əleyhdarı və vahid İspaniya tərəfdarları Barselonada aksiya keçirir.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, aksiyada məqsəd regionun müstəqilliyini elan edən Kataloniya hakimiyyətinə etiraz etməkdir.

 

Aksiyanın təşkilatçıları Kataloniya Vətəndaş Cəmiyyəti, mərkəzçi Vətəndaş Partiyası və Kataloniya Sosialist Partiyası və İspaniyanın hakim Xalq Partiyasıdır. Bu partiyalar Kataloniyada müxalifətdədirlər və oktyabrın 27-də Kataloniya parlamentində müstəqilliklə bağlı Bəyannamənin səsverməsinə qatılmayıblar. Aksiyaçılar mitinqə İspaniya və Kataloniya bayraqları ilə qatılıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR