Bank Of Baku

Polşanın qərarından sonra Kuçma və Yuşşenko Polşa ordenlərindən imtina ediblər

Polşanın qərarından sonra Kuçma və Yuşşenko Polşa ordenlərindən imtina ediblər
# 20 iyun 2026 22:41 (UTC +04:00)

Ukraynanın ikinci və üçüncü prezidentləri Leonid Kuçma və Viktor Yuşşenko, Polşa prezidenti Karol Navrotskinin qərarı ilə eyni ordendən məhrum edilmiş hazırkı dövlət başçısı Volodimir Zelenski ilə həmrəylik əlaməti olaraq Polşanın Ağ Qartal Ordenindən imtina ediblər.

APA xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Kuçma onu da qeyd edib ki, o, 1997-ci ildə Aleksandr Kvasnevski Polşa prezidenti olduğu dövrdə Polşa ordeninə layiq görülüb.

Qeyd edək ki, dünən Polşa prezidenti Karol Navrotski Volodimir Zelenskini ölkənin ali dövlət mükafatından məhrum etdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR