Bank Of Baku

Batumidə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib - FOTOSESSİYA

Batumidə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 26 fevral 2013 22:58 (UTC +04:00)

Bakı-APA. Fevralın 26-da Gürcüstanın Batumi şəhərində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, Baş Konsulluq tərəfindən təşkil olunmuş anım mərasimində Acarıstan Muxtar Respublikası hökumətinin, nazirliklərin məsul şəxsləri, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları, Acarıstan Muxtar Respublikası bölgələrinin qubernatorları, Batumi Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri, kütləvi informasiya vasitələrinin, Acarıstan ziyalılarının, burada yaşayan Azərbaycan və digər icmaların nümayəndələri iştirak ediblər.

 

Mərasimdə çıxış edən baş konsul Hüseyn Nəcəfov qeyd edib ki, Xocalı faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən, qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayət törədiblər. Nəticədə, fevralın 26-ı Xocalı şəhəri alova bürünüb, bir günün içində yer üzündən silinib. Bu soyqırımı yalnız mülki əhaliyə qarşı deyil, bütün bəşəriyyətə qarşı indiyədək görünməmiş cinayət idi. Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb. Yalnız bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər görülməyə başlanıb. Məhz ulu öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edibr.

 

Baş konsul bildirib ki, bu gün Azərbaycan dünya birliyinə dinc əhaliyə qarşı soyqırımı, Xocalı faciəsinin tanınması, o cümlədən Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş bir çox cinayət hadisələri haqqında həqiqəti çatdırmaq üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. H.Nəcəfov deyib ki, 2008-ci il mayın 8-dən etibarən İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət!” («Justice for Khojaly») beynəlxalq təşviqat kampaniyasına start verilib. Ötən müddətdə “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində dünyanın 60-a yaxın ölkəsində müxtəlif tədbirlər həyata keçirilib. 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini Azərbaycanın dinc əhalisinə qarşı Ermənistanın silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı aktı kimi tanıyıb və faciəni insanlığa qarşı cinayət adlandırıb.

 

Bu gün Xocalı soyqırımı, həmçinin Pakistan, Meksika, Çexiya, Kolumbiya, ABŞ-nın Massaçusets, Texas, Corciya, Nyu-Cersi, Men, Nyu-Meksiko və Arkanzas ştatları tərəfindən tanınmışdır.

 

Mərasimdə Batumi Dövlət Universitetinin professoru, elmlər doktoru Rostom Quntaişvili baş vermiş faciəyə hüquqi qiymət vermiş və Xocalı qətliamını Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı kimi xarakterizə edib. R.Guntaşivili mərasim iştirakçılarını qardaş xalqa dəstək verməyə çağırıb.

 

Anım tədbirində Heydər Əliyev Fondunun dəstəyi ilə lentə alınmış “Xocalı soyqırımı” sənədli filmi, eləcə də amerikalı rep-ifaçı Toni Blekmen və “Dəyirman” qrupunun ifasında “Xocalıya Ədalət!” («Justice for Khojaly») musiqi klipi nümayiş olunub.

 

Tədbirin sonunda iştirakçılara foto-sərgi, press-relizlər, “Xocalıya Ədalət!” musiqi klipinin CD-si, eləcə də Xocalı soyqırımına həsr edilmiş digər materiallar təqdim olunub.

 

Mərasim iştirakçıları Xocalı soyqırımı zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

 

Mərasim və baş konsulun müsahibəsi “Acariya TV” kanalı tərəfindən işıqlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR