Bank Of Baku

Batumidə yeni məscidin tikilməsinə etiraz edənlər aksiya keçiriblər

Batumidə yeni məscidin tikilməsinə etiraz edənlər aksiya keçiriblər
# 07 mart 2013 14:22 (UTC +04:00)

 

Bakı. Şamil Əlibəyli-APA. Türkiyənin Gürcüstandakı səfirliyin qarşısında etiraz aksiyası keçirilib. APA-nın “Georgia Online” agentliyinə istinadən verdiyi məlumata görə, 100-ə yaxın şəxs Batumidə yeni məscid tikintisinə qarşı çıxış edirlər. Aksiya iştirakçıları bildirirlər ki, Batumidə və ümumiyyətlə Acarıstanda kifayət qədər məscid var və yeni məscidin tikintisinə ehtiyac yoxdur.

 

Qeyd edək ki, fevral ayında Gürcüstan və Türkiyə hökumətləri Batumidə yeni məscidin tikintisi ilə bağlı məsələni razılaşdırıblar. Türkiyə tərəfi bildirib ki, Batumidə yerləşən məscidlər orada yaşayan və qonaq gələn müsəlmanların tələbatlarını ödəmir, ona görə də daha bir məscidin tikilməsinə zərurət yaranıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR