Bank Of Baku

Belçika məhkəməsi Kataloniyanın sabiq rəhbərini azadlığa buraxıb

Belçika məhkəməsi Kataloniyanın sabiq rəhbərini azadlığa buraxıb
# 06 noyabr 2017 00:44 (UTC +04:00)

Brüsseldə məhkəmə Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon və Kataloniya hökumətinin 4 sabiq üzvünü şərti azadlığa buraxıb.

 

APA-nı xəbərinə görə, bu barədə “El Pais” məlumat verib.

 

Məlumata əsasən, hakim saxlanılanların həbsdə qalmalarına səbəb görməyib və onların barəsində həbs-qətimkan tədbirini ləğv edərək şərti azadlığa buraxıb. Bununla belə, onlara Belçikanı tərk etmək qadağan edilib.

 

Noyabrın 3-də İspaniya Milli Məhkəmə Palatası K. Puçdemonun həbsinə Avropa orderi verib. K.Puçdemon və 4 tərəfdarı ötən gün polisə təslim olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR