Belçika polisi İŞİD-i maliyyələşdirməkdə və qruplaşmaya yeni silahlılar cəlb etməkdə şübhəli bilinən 8 şəxs saxlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Belçika Federal Prokurorluğunun bəyanatında bildirilir.
Məlumata görə, əməliyyat dörd bölgədə keçirilib. Axtarışlar zamanı silah və partladıcı qurğular aşkarlanmayıb.