Bank Of Baku

Belçikada kimyəvi maddələr daşıyan qatarın partlaması nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb

Belçikada kimyəvi maddələr daşıyan qatarın partlaması nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb
# 04 may 2013 18:03 (UTC +04:00)

Bakı-APA. Belçikada kimyəvi maddələr daşıyan qatarın qəzaya uğraması nəticəsində   2 nəfər ölüb, 14 nəfər isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  “RTL” agentliyi Şərqi Flandriya vilayətinin qubernatoru Yan Brirsin açıqlamasına istinadən məlumat yayıb.

 

Qeyd edək ki, Belçikanın Hent şəhəri yaxınlığında kimyəvi maddələr daşıyan qatar relsdən çıxıb. Nəticədə yanğın baş verib, sonra isə bir neçə vaqonda partlayış baş verib. Əraziyə alışaraq yüksək toksiki maddələr axıb. Hal-hazırda yanğın söndürülüb, əraziyə axıdılmış maddələr əhaliyə təhlükə yaratmır.

 

Şərqi Flandriya vilayətinin qubernatoru qeyd edib ki, insident nəticəsində, hadisə yerinə daha yaxın olan yerli sakinlər həlak olub.  

 

Bundan əvvəl KİV-lər hadisə nəticəsində 5 nəfərin xəsarət aldığını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR