Bank Of Baku

Berat Albayrak: “Rusiyanın SU-24 təyyarəsinin vurulması təkrar araşdırılacaq”

Berat Albayrak: “Rusiyanın SU-24 təyyarəsinin vurulması təkrar araşdırılacaq”
# 26 iyul 2016 22:14 (UTC +04:00)

Bakı-APA. Rusiyaya məxsus “SU-24” döyüş  təyyarəsinin türkiyəli pilot tərəfindən vurulması təkrar araşdırılacaq.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak bildirib.

 

“Düşünürəm ki, Rusiya təyyarəsi ilə bağlı insident təkrar araşdırılacaq”, -  deyə nazir bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktay bildirib ki, Rusiyaya məxsus “SU-24” bombardmançı təyyarəsini vurmaq qərarını türkiyəli pilot özü verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR