APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə o “Forbes” jurnalına həyatının son müsahibəsində deyib.
“Rusiyaya qayıtmaqdan başqa mən heç bir şey istəmirəm. Hətta mənə qarşı cinayət işi açılanda belə mən Rusiyaya qayıtmaq istəmişəm. Mənim üçün Rusiya o qədər əzizdir ki, mən mühacir ola bilmirəm - bu mənim qiymətləndirə bilmədiyim ən əsas şeydir”, deyə o qeyd edib.
Berezovskinin sözlərinə görə, o artıq baxışlarının çoxunu dəyişib. “Demokratik Rusiyanın qurulması ehtimalını mən tamamilə idealistik şəkildə təsəvvür edirdim. Və Avropanın mərkəzində demokratiyanın nə olduğunu idealistik təsəvvür edirdim. Rusiyanın yolu barədə təsəvvürümü dəyişdim. Mən Rusiyanı tərk etməməliydim”, deyə keçmiş oliqarx qeyd edib.
“Mənim üçün məna itib. Həyatın mənası. Mən hal-hazırda siyasətlə məşğul olmaq istəmirəm. Mənim 67 yaşım var. Mən bundan sonra nə edəcəyimi bilmirəm”.
“Forbes” jurnalının müxbiri qeyd edib ki, keçmiş sahibkar elmə qayıtmağı arzuladığını bildirib və onunla məhz Rusiyada məşğul olmaq istədiyini qeyd edib. O vaxtikən Rusiya Elmlər Akademiyasının həqiqi üzvü olduğunu xatırladıb.
Qeyd edək ki, Boris Berezovski martın 23-də öz evində ölü aşkar olunub. Onun ölümündə iki versiya səsləndirilir – intihar və infarkt.