Bank Of Baku

Berlində “normand qrupu” XİN rəhbərlərinin görüşü başlayır

Berlində “normand qrupu” XİN rəhbərlərinin görüşü başlayır
# 13 aprel 2015 19:37 (UTC +04:00)

Bakı-APA. Aprelin 13-də Berlində “normand qrupu” XİN rəhbərləri Frank-Valter Ştaynmayer (Almaniya), Sergey Lavrov (Rusiya), Loran Fabius (Fransa) və Pavel Klimkin (Ukrayna) arasında görüş keçiriləcək.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqlarda Minsk razılaşmalarının yerinə yetirilməsi müzakirə ediləcək.

 

Görüşün nəticələri aprelin 14-də Almaniyanın Lyubek şəhərində baş tutacaq “böyük yeddilik” (G7) sammitinin əsas mövzularından biri olacaq.

 

Xatırladaq ki, fevralın 11-12-də Minskdə Donbasda münaqişənin nizamlanmasına dair razılaşma əldə edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR