Bank Of Baku

Beynəlxalq təşkilat Skripal olayı ilə bağlı Britaniyanın mövqeyini təsdiqləyib

Beynəlxalq təşkilat Skripal olayı ilə bağlı Britaniyanın mövqeyini təsdiqləyib
# 12 aprel 2018 13:30 (UTC +04:00)

Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının ekspertləri tərəfindən Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın Böyük Britaniyada zəhərlənməsi üzrə aparılan təhqiqatın nəticələri açıqlanıb.

 

APA-nın “dw.com” (Deutsche Welle) saytına istinadən verdiyi xəbərə görə, beynəlxalq mütəxəssislər hadisədə istifadə olunan kimyəvi maddənin Rusiya mənşəli “Noviçok” əsəb-iflic qazı olduğunu yekdilliklə təsdiqləyiblər.  

 

Təşkilatın rəyi bir gün əvvəl Britaniya hökumətinə təqdim olunub, eləcə də üzv ölkələrə, o cümlədən Rusiyaya göndərilib.

 

Xatırladaq ki, S. Skripal və qızı Yuliya martın 4-də Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə aşkarlanaraq dərhal xəstəxanaya çatdırılıblar. Britaniya hökuməti onlara qarşı “Noviçok” əsəb-iflic qazından istifadə olunduğunu açıqlayıb və hadisəyə görə Rusiyanı ittiham edib. Bundan sonra Rusiya ilə Qərb dövlətləri arasında yeni diplomatik böhran yaranıb, tərəflər qarşılıqlı olaraq bir-birinin diplomatlarını “arzuolunmaz şəxs” elan edərək ölkədən çıxarıblar. Yuliya Skripal aprelin 9-da xəstəxanadan buraxılıb. Sergey Skripalın da özünə gəldiyi bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR