Bank Of Baku

Bidzina İvanişvili: “Əvvəlcə Saakaşvilini yola salacam, sonra isə özüm siyasətdən gedəcəm”

Bidzina İvanişvili: “Əvvəlcə Saakaşvilini yola salacam, sonra isə özüm siyasətdən gedəcəm”
# 06 mart 2013 01:50 (UTC +04:00)

Bakı-APA. “Əvvəlcə Saakaşvilini yola salacam, sonra isə özüm siyasətdən gedəcəm”. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın baş naziri “İmedi” telekanalına müsahibəsində bildirib.

 

Jurnalistin Bidzina İvanişvilinin gələcək siyasi karyerası barədə verdiyi sualına cavab olaraq baş nazir bildirib: “Mən bəyan etmişdim və bir daha bəyan edirəm ki, nə qədər ki qüvvəm olacaq, o vaxtadək ölkənin xidmətində duracam. O vaxtadək ölkəyə xidmət edəcəm və hansı sahədə daha çox lazım olaramsa, orada da daim olacam”, deyə Bidzina İvanişvili qeyd edib.    

 

Baş nazirin sözlərinə görə, siyasətdə çox qalmağa niyyəti olmasa da, o ölkəni tərk etməyəcək.  

 

“Mən ölkəni tərk etməyəcəyəm və nə qədər ki lazım olarsa o vaxtadək burada qalacam. Nə vaxtadək ki Saakaşvili olacaq, o vaxtadək harasa getmək niyyətim yoxdur. Mən elə belə də ona dedim - əvvəlcə oktyabrda özün gedəcəksən, sonra isə sənin dalınca mən gedəcəm”, deyə İvanişvili bildirib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR