Bank Of Baku

Bidzina İvanişvili ABŞ-a ölkədaxili vəziyyəti nizamladıqdan sonra səfər edəcək

Bidzina İvanişvili ABŞ-a ölkədaxili vəziyyəti nizamladıqdan sonra səfər edəcək
# 05 mart 2013 21:18 (UTC +04:00)

 

Bakı-APA. Gürcüstanın baş naziri Bidzina İvanişvili ölkə daxilində bütün siyasi məsələləri yoluna qoyduqdan sonra ABŞ-a səfər etmək niyyətindədir. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, baş nazir bu barədə “İmedi” telekanalına müsahibəsində bildirib.  

 

“Mən həmişə qeyd etmişəm ki, siyasətə gəlişimdən sonra ilk səfərimi ABŞ-a edəcəm. “Vəziyyət  mənim tərəfimdən və bizim komanda tərəfindən tam dərk olunmur” kimi fikirlər sadəcə şayiələrdir və onlar ABŞ-a eşitdirməyə hesablanıb. Keçmiş hakimiyyət indiyədək Avropaya və ABŞ-a səhv şayiələr ötürür. Mən bu gündə bəyan edirəm ki biz ən böyük tərəfdarımızla yaxşı və möhkəm münasibətlərimiz olmalıdır. Mən onların nə cür məlumatlı olduqlarını biləndə, açığı, ora getmək istəmədim. Onlar düşünür ki, burada böyük bir savaş gedir. Mən ölkədaxili vəziyyəti nizamladıqdan sonra oraya “kişi” kimi səfər etmək istəyirəm. Ölkə daxilində bütün siyasi məsələləri yoluna qoymaq lazımdır ki, orada heç bir sual qalmasın. Mən Amerikaya başı uca getmək istəyirəm”, deyə Bidzina İvanişvili qeyd edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR