Bakı. Şamil Əlibəyli – APA. Gürcüstan baş naziri Bidzina İvanişvili Nobel Sülh Mükafatına namizəd göstərilib. APA-nın “Qruziya Online” saytına istinadən verdiyi məlumata görə, Norveç Nobel Komitəsinin katibi Ceyr Lundestat onun namizədliyini qeydə alıb.
B. İvanişvilinin və bir sıra gürcü ictimai fəalın namizədliyi Kanadada fəaliyyət göstərən SSRİ və Şərqi Avropa Tədqiqatları İnstitutunun birinci direktoru Roman Finn tərəfindən 2012-ci ildə Gürcüstanda keçirilən parlament seçkilərində verdikləri töhfələrə görə irəli sürülüb. Onunla birlikdə mükafat uğrunda 259 nəfər mübarizə aparacaq. Qalib 2013-cü ilin oktyabrın 11-də müəyyən olunacaq.