Bakı-APA. BMT Təhlükəsizlik Şurası Maliyə sülhməramlı kontingentin göndərilməsini nəzərdə tutan qətnaməni yekdilliklə dəstəkləyib.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, iyulun 1-dən islamçı silahlılarla mübarizə üçün Maliyə 12,6 min BMT hərbçisi göndəriləcək. Onlara Malidə Fransanın hərbi kontingenti yardım edəcək.