Bank Of Baku

Bolqarıstan aeroportda törədilən partlayışa görə “Hizbullah”ı günahlandırır

Bolqarıstan aeroportda törədilən partlayışa görə “Hizbullah”ı günahlandırır
# 05 fevral 2013 18:41 (UTC +04:00)

Bakı-APA. Bolqarıstan hökuməti “Hizbullah” Livan islamçı qruplaşmanı keçən il Burqas aeroportunda İsrail turistləri olduğu avtobusda partlayışı təşkil etməkdə günahlandırır.

 

APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, Bolqarıstan daxili işlər naziri Svetana Svetanova bəyan edib ki, avtobusa hücumu “Hizbullah” təşkilatının iki üzvü həyata keçirib. Bu bəyanat Milli təhlükəsizlik şurasına terror aktı üzrə aparılmış istintaqın nəticələri təqdim edildikdən sonra səslənib.

 

Qeyd edək ki, “Hizbullah” hələlik bu bəyanatı şərh etməyib, lakin bundan əvvəl insidentdə iştirakını inkar edib.

 

Xatırladaq ki, keçən ilin iyulunda baş vermiş partlayışda 5 İsrail turisti və yerli sürücü həlak olub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR