Bank Of Baku

Bolqarıstanda dağda iki turist ölüb

Bolqarıstanda dağda iki turist ölüb
# 07 may 2017 16:45 (UTC +04:00)

Bolqarıstanda dağda iki turist ölüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Bolqarıstan Dağ-Xilasetmə Xidməti məlumat yayıb.

 

Qadın və kişi turistin cəsədləri bu gün Stara dağındakı Kiçik Kupen zirvəsi rayonunda aşkarlanıb. İlkin məlumata görə, dünən 3 turistdən ibarət qrup dumanda yolu azıb. Qrupdakı bir qadın sürüşüb və qayadan düşüb. Qadına kömək etmək istəyən yoldaşı da qayadan düşüb və həyatını itirib. Üçüncü turist dağdakı sığınacağa gəlməyi bacarıb və xilasedicilərlə əlaqə saxlayıb.

 

Olayla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR