Bolqarıstanda maye qaz daşıyan qatar qəzaya uğrayıb.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qatar bu gün səhər saatlarında Şumen vilayətindəki Xitrino kəndi yaxınlığında relsdən çıxıb. Qatarda olan 26 sisterndən 23-ü maye qazla dolu olub və qəza nəticəsində onlardan bir neçəsi partlayıb. Hadisə nəticəsində 5 nəfərin öldüyü, azı 20 nəfərin yaralandığı bildirilir.
Hadisə yerində 150 yanğınsöndürmə maşını işləyir.