Bank Of Baku

Bolqarıstanda tanınmış türk siyasətçisi Əhməd Doğana sui-qəsd törədilib - YENİLƏNİB - FOTO

Bolqarıstanda tanınmış türk siyasətçisi Əhməd Doğana sui-qəsd törədilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO
# 19 yanvar 2013 18:06 (UTC +04:00)

Bakı-APA. Bolqarıstanda tanınmış türk siyasətçisi, ölkədə türk icmasının maraqlarını təmsil edən “Hüquqlar və azadlıqlar Hərəkatı”nın lideri Əhməd Doğana sui-qəsd törədilib.

 

APA-nın məlumatına görə, Doğanın çıxışı zamanı naməlum silahlı şəxs tribunaya qalxaraq türk siyasətçiyə yaxınlaşıb. O  tapancanı Əhməd Doğanın başına tuşlayaraq, tətiyi çəkib, lakin naməlum səbəbdən atəş açılmayıb.  Mühafizəçilərin cəld reaksiyası ilə silahlı şəxs tərksilah olunub və qurultay iştirakçıları tərəfindən döyülərək saxlanılıb.

 

Qeyd edək ki, Əhməd Doğan xəsarət almayıb və təhlükə sovuşandan sonra konfrans zalına qayıdıb. Konfrans iştirakçıları onu gurultulu alqışlarla qarşılayıb.

 

Yerli KİV-lərin məlumatına görə, saxlanılan 25 yaşlı şəxs Burqas şəhərinin sakinidir, polis ondan izahat götürür.

 

Bolqarıstan DİN-nin məlumatına görə, saxlanılan şəxs hücumun motivlərini artıq izah edib, müstəntiqlər onun izahatını təhlil edir.

 

Məlumata görə, saxlanılan şəxs əvvəllər narkotik, oğurluq və basqın faktlarına görə dəfələrlə cinayət məsuliyyətinə cəlb olunub.  

 

Qeyd edək ki, hücum anı kameralara əks olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR