Bolqarıstanda 4,2 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yeraltı təkanların episentri paytaxt Sofiyadan 84 km şərqdə, ocağı 20 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.