APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, məhkəmənin qərarından sonra etirazçılarla polis arasında toqquşmalar olub, 6 nəfər xəsarət alıb.
Toqquşmalar əsasən hakim koalisiyanı təmsil edən “Hüquq və azadlıq hərəkatı” partiyasının nümayəndəliyi və Türkiyənin Baş konsulluğu yaxınlığında baş verib.
Hazırda şəhərdə vəziyyətin sabit olduğu bildirilsədə, etirazçılar yaxın günlərdə Bolqarıstanın paytaxtı Sofiya şəhəri daxil olmaqla daha irimiqyaslı aksiyalar keçirəcəklərini vəd ediblər.