Bakı-APA. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib.
APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.