Bank Of Baku

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 5-ə çatıb, 40 nəfər yaralanıb- YENİLƏNİB-2

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 5-ə çatıb, 40 nəfər yaralanıb- <span style="color: red;">YENİLƏNİB-2
# 22 mart 2017 23:33 (UTC +04:00)

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə BBC London polisinə istinadən  xəbər verib.

 

Hadisə nəticəsində yaralananların sayı isə 40-a çatıb.  “Hazırda yaralıların sayı 40 nəfərdir. Onlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir. Ümumilikdə hadisə nəticəsində 1 polis əməkdaşı daxil olmaqla 5 nəfər həyatını itirib”, deyə Skotland-Yardın terrora qarşı mübarizə bölməsinin rəisi Mark Rouli bildirib.

 

London polisinin nümayəndəsi həmçinin bildirib ki, terror aktını törədən şəxsin kimliyi  hazırkı mərhələdə açıqlanmayacaq.

 

Bundan əvvəl 4 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilirdi. 

 

 

***

 

22:05

 

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə BBC London polisinə istinadən  xəbər verib.

 

Ölənlərdən biri polis əməkdaşıdır. Hadisə nəticəsində azı 20 nəfər yaralanıb.  Bundan əvvəl 2 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilirdi. 

 

Xatırladaq ki, bu gün naməlum şəxs Vestminster körpüsündə bir neçə nəfəri avtomobillə vurub və daha sonra  parlament binasına yaxınlaşaraq polis nəfərini  bıçaqlayıb. O, digər polislər tərəfindən atəş açılaraq  zərərsizləşdirilib.

 

***

 

20:55

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə “Sky News” telekanalı xəbər verib.

 

Bundan əvvəl 1 qadının öldüyü bildirilirdi.  

 

Bu gün Londonun Vestminster körpüsündə və Böyük Britaniya parlamentinin yaxınlığında iki silahlı insident baş verib.

 

London polisi baş verən hadisəni terror aktı kimi qiymətləndirib.

 

İnsident Brüsseldə törədilən terror aktının ildönümü ilə üst-üstə düşüb. 2016-cı il, martın 22-də Belçika paytaxtının hava limanı və metro stansiyasında törədilən terror aktı nəticəsində 35 dinc sakin ölüb, 3 terrorçu-kamikadze məhv edilmişdi. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü. 

 

***

 

20:38

 

Londonda törədilən terror aktı nəticəsində qadın ölüb.

 

APA-nın “Press Association” agentliyinə istinadən verdiyi xəbərə görə, yaralanan bir neçə nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Bu gün Londonda parlament binası yaxınlığında atışma olub.

 

London polisi baş verən hadisəni terror aktı kimi qiymətləndirib.

 

***

 

19:18

 

Bu gün Londonda parlament binası yaxınlığında atışma olub.


APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi Böyük Britaniya parlamentindəki mənbəyə istinadən məlumat yayıb. 

 

Atışma zamanı 2 nəfər yaralanıb. “Reuters” agentliyinin hadisə yeri yaxınlığında olan fotoqrafı isə ən azı 10 nəfərin yaralandığını bildirib. Parlament binasına gələn yollar, yaxınlıqdakı metro stansiyası bağlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR