Bank Of Baku

Böyük Britaniya Sudanın bərpası üçün bir milyon dollardan çox vəsait ayıracaq

Böyük Britaniya Sudanın bərpası üçün bir milyon dollardan çox vəsait ayıracaq
# 07 aprel 2013 05:04 (UTC +04:00)

Bakı-APA. Britaniya hökuməti Sudanın bərpası və inkişafı üçün bir milyon dollardan çox vəsait ayıracaq. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, yardımın çox hissəsi müharibədən bərbad vəziyyətə düşən Darfur regionuna nəzərdə tutulub.

 

Qeyd olunan məbləğ üç il müddətinə hesablanıb. Britaniya hökuməti hesab edir ki, bu vəsait sudanlılara özlərini qida məhsulları ilə təmin etməyə kömək edəcək.   

 

Britaniyalılar hesab edir ki, beləliklə Darfurun 10 il davam edən humanitar yardımdan asılılığına son qoyulacaq.   

 

Bu bəyanat Qətərdə keçirilən Sudanın bərpası və inkişafına həsr olunmuş donorların beynəlxalq konfransında səsləndirilib.

 

BMT-nin hesablamalarına görə, Darfurda münaqişə zamanı 300 mindən çox insan həlak olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR