Bank Of Baku

Böyük Britaniya Suriyadakı hadisələrin heç bir variantını istisna etmir

Böyük Britaniya Suriyadakı hadisələrin heç bir variantını istisna etmir
# 20 may 2013 19:32 (UTC +04:00)

Bakı-APA. «Əgər Bəşər Əsəd rejimi qarşıdan gələn beynəlxalq konfransda konstruktiv danışıqlardan imtina etsə, Böyük Britaniya Suriyada hadisələrin inkişafının heç bir variantını istisna etmir». APA-nın məlumatına görə, Britaniya xarici işlər naziri Uilyam Heyq deputatlar qarşısında çıxışında bu sözləri işlədib.

 

«Biz aydın şəkildə başa salmalıyıq ki, əgər rejim danışıqlara ciddi yanaşmasa, heç bir variantı istisna etmək olmaz. Həmçinin biz müxalifəti danışıqlarda iştirak etməyə inandırmalıyıq», deyə Heyq bildirib.

 

O qeyd edib ki, beynəlxalq ictimaiyyət Suriyada dinc nizamlanma və hakimiyyətin dinc ötürülməsi, həmçinin mülayim müxalifətin dəstəklənməsi və birləşməsi üçün bütün şəraiti təmin etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR