APA-nın İTAR-TASS agentlyinə istinadən verdiyi xəbərə görə, Böyük Britaniyanın qərb və cənub ərazilərində daşqınlar müşayiət olunur, bir neçə nəfərin öldüyü bildirilir.
Temza çayında suyun səviyyəsi rekord həddə çatsa da, London üçün hələ ki təhlükə kəsb etmir.
Təbii fəlakətin vurduğu ziyan 1 milyard funt sterlinq təşkil edə bilər. Minlərlə ev sahələrini su basıb. 1600 hərbi qulluqçu əhalinin evakuasiyası və daşqınların nəticələrinin aradan qaldırılmasında iştirak edir.