Bakı. Real Cəfərli - APA. Böyük Britaniyanın Bristol şəhərində bir əlil iranlı vəhşicəsinə döyülərək qətlə yetirilib.
APA-nın İRİB-ə istinadən məlumatına görə, 44 yaşlı Bijən İbrahimi dəfələrlə məhəllədə bəzi gənclərin onu narahat etməsinə görə polisə şikayət etsə də, ancaq yerli hüquq-mühafizə orqanları məsələni ciddiyə almayıblar. Nəticədə həmin şəxs fotoaparat vasitəsilə onu narahat edən gənclərin görüntülərini çəkərək bir dəlil kimi polisə təqdim istəyib.
Ancaq gənclər onun barəsində əxlaqsız olması isə bağlı şayiə yayıblar və yerli polis B. İbrahimini həbs edib. Yayılan şayiələrin əsassız olduğu sübuta yetirildikdən sonra iranlı sərbəst buraxılıb. Bundan sonra 24 yaşlarında olan iki gənc B.İbrahimini vəhşicəsinə döyərək qətlə yetiriblər və daha sonra da küçənin ortasında cəsədini yandırıblar. Ailəsinin şikayətindən sonra noyabrın 4-də öz vəzifələrini layiqli şəkildə yerinə yetirmədiklərinə görə 3 polisin işdən çıxarıldığı, 6 nəfərə isə yazılı töhmət verildiyi açıqlanıb.