Bank Of Baku

Britaniyada nüvə silahının əleyhinə kütləvi aksiya keçirilib

Britaniyada nüvə silahının əleyhinə kütləvi aksiya keçirilib
# 02 aprel 2013 02:47 (UTC +04:00)

Bakı-APA. İngiltərənin cənubundakı Oldermaston şəhərciyində nüvə silahının əleyhinə kütləvi aksiya keçirilib. Böyük Britaniyanın ən iri Atom silahının hazırlanması üzrə elmi-tədqiqat institutlarından biri bu şəhərcikdə yerləşir.

 

İnstitutun yaxınlığında etirazçılar bir neçə saat ərzində antihərbi şüarlarını səsləndiriblər. Bununla Britaniya ictimaiyyəti hökumətin «Traydent» ballistik raketlərini yeni nüvə silahları ilə əvəz etməyə dair böyük xərc tələb edən planına münasibətini bildirib. Bu plan Britaniyaya on milyardlarla funta başa gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR