Bank Of Baku

Britaniyanın baş naziri Devid Kemeron Soçidə keçiriləcək Qış Olimpiya oyunlarının açılış mərasiminə qatılmayacaq

Britaniyanın baş naziri Devid Kemeron Soçidə keçiriləcək Qış Olimpiya oyunlarının açılış mərasiminə qatılmayacaq
# 22 dekabr 2013 03:43 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın baş naziri Devid Kemeron 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya oyunlarının açılış mərasiminə qatılmayacağını bildirib.

 

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, «İndependent» qəzetində dərc olunan xəbərə əsasən, baş nazirin qərarı Rusiyada insan haqlarının durumu ilə bağlı deyil.

 

«Baş nazir diplomatiya və qarşılıqlı münasibət siyasətinə inanır və boykot kimi sərt tədbirlərin  tərəfdarı deyil»,  deyə mənbə vurğulayıb.

 

Qəzetin məlumatına əsasən, Soçidəki tədbirin açılışına Böyük Britaniyanın mədəniyyət və idman nazirinin başçılıq edəcəyi heyət qatılacaq. Heyətin tam tərkibi hələlik  müəyyənləşdirilməyib.

 

Xatırladaq ki, ABŞ, Almaniya  və Fransa prezidentləri də Qış Olimpiya oyunlarının açılış mərasiminə qatılmayacaqlarını bəyan ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR