Bakı-APA. Böyük Britaniya İcmalar palatası İngiltərə və Uelsdə eyni cinsli nikahların leqallaşdırılmasına səs verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, eyni cinsli nikahların leqallaşdırılmasını 366 deputat dəstəkləyib, 161 parlamentari isə layihənin əleyhinə səs verib.
Qeyd edək ki, qanun layihəsi dinləmələrin bütün üç mərhələsindən keçərək təsdiqlənməsi üçün Lordlar palatasına təqdim olunub. Sənəd hökumət tərəfindən təqdim olunub və cəmiyyətdə qızğın mübahisələrə səbəb olub.