Bu gün Türkiyənin baş naziri Binəli Yıldırımın başçılıq etdiyi hökumətin nümayəndə heyəti Gürcüstana rəsmi səfər edəcək.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Türkiyə nümayəndə heyətinin üzvləri mayın 23-də keçiriləcək Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasında iştirak edəcəklər, daha sonra Gürcüstan xarici işlər naziri Mixail Canelidze ilə görüşəcəklər.