Gürcüstan. Nizami Məmmədzadə-APA. “Bu il Gürcüstana 2 milyard ABŞ dollarından çox investisiya yatırılacaq”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın maliyyə naziri Georgi Kvirikaşvili bildirib. Onun sözlərinə görə, bu məbləğin bir milyardını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) karbamid zavodunun tikintisi üçün yatıracaq.
Gürcüstan hakimiyyətinin iqtisadiyyat üzrə komandası isə bəyan edib ki, 2013-cü ildə Gürcüstan iqtisadiyyatında 6 faiz artım gözlənilir.