Bakı-APA. Türkiyə baş nazirinin müavini Bülənt Arınc, ABŞ dövlət katibi Con Kerrinin Rəcəb Tayiib Ərdoğanın Qəzza səfərinə dair sözlərini sərt tənqid elib.
Arınc Con Kerrinin, Türkiyə baş nazirinin may ayında Qəzzaya səfər etməsinə qarşı olduqları barədə sözlərinə «Açıqlaması diplomatik baxımdan qüsurludur, yanlışdır, doğru deyil. Çünki hörmətli baş nazirimizin və ya bir türk yetkilisinin nə vaxt, hara gedəcəyi barədə qərarı hökumətimiz verir. Bundan kənarda istənilən kəsdən və ya qurumdan icazə almaq öhdəliyimiz yoxdur. Bunu hörmətli Kerri de bilir, dünya da bilir ki Türkiyə nə vaxt, nəyi istəyirsə bunu həyata keçirəcək bir gücə sahibdir» reaksiyasını verib.