“Ermənistan prezidenti Serj Sarkisyanın Gürcüstana səfəri çərçivəsində Abxaziya dəmir yolu məsələsi müzakirə olunmayacaq”.
APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze deyib.
O bildirib ki, Gürcüstanın işğal altındakı əraziləri ilə bağlı məsələlər üçüncü tərəflə müzakirə olunmur.
Qeyd edək ki, işğal altında olan Abxaziya üzərindən Ermənistan və Rusiyanı birləşdirən dəmir yolu xəttinin açılmasının mümkünlüyü barədə məlumatlar mütəmadi olaraq yayılır. Lakin Gürcüstan tərəfi bu məsələnin müzakirə mövzusu olmadığını bildirir.