Bakı. Real Cəfərli - APA. Bu gün Suriyanın paytaxtı Cenevrə şəhərində İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Əhzar İbrahimi arasında görüş keçirilib.
APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu İranın xarici işlər nazirinin müavini Məcid Təxti Rəvançı bildirib.
Onun sözlərinə görə, tərəflər Suriya böhranı ilə bağlı fikir mübadiləsi aparıblar.