Bakı – APA. Sabah Cenevrədə Suriyadakı münaqişənin nizamlanması üzrə BMT-Rusiya-ABŞ danışıqları keçiriləcək.
APA-nın məlumatına görə, BMT-nin Cenevrədəki nümayəndəliyindən bildiriblər ki, görüşdə Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov, ABŞ dövlət katibinin müavini Uendi Şerman və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi iştirak edəcək.