Bank Of Baku

Çexiyada ilk birbaşa prezident seçkiləri keçirilir

Çexiyada ilk birbaşa prezident seçkiləri keçirilir
# 10 yanvar 2013 23:42 (UTC +04:00)

Bakı-APA. Çexiyada ilk birbaşa prezident seçkiləri yanvarın 11-12-də keçiriləcək.

 

Daha öncə Çexiyada dövlət başçıları parlament tərəfindən seçiliblər. Vatslav Havel (1993-2003) və hazırkı prezident Vatslav Klaus (2003-cü ildən) bu yolla seçiliblər.

 

2013-cü ilin martın Klausun ikinci prezidentlik müddəti başa çatı rvə Konstitusiyaya görə o bir daha prezident seçilə bilməz.

 

Seçkilərdə 9 namizəd mübarizə aparacaq.

 

«PPP Factum» araşdırma mərkəzinin sorğusunun nəticələrinə görə, ilk turda ölkənin keçiş baş naziri Miloş Zemanın qalib gəlmək şansları daha yüksəkdir (25,1%), Digər keçmiş baş nazir Yan Fişerə seçicilərin 20,1% səs verməyə hazırdırlar.

 

Sonrakı yerləri digər namizədlər tuturlar: Vladimir Frans (11,4%), Karel Şvarsenberq (11,0%), Yirji Dinstbir (10,6%), Pşemısl Sobotka (7,1%), Yana Boboşikova (5,6%), Tanya Fişerova və Zuzana Roytova hərəyə 4,6%.

 

Əgər prezident ilk turda seçilməzsə, ikinci tur yanvarın 25-26-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR