Bank Of Baku

Çexiyada naməlum şəxslər müdafiə nazirinin evinə “Molotov kokteylləri” atıb

Çexiyada naməlum şəxslər müdafiə nazirinin evinə  “Molotov kokteylləri” atıb
# 09 iyun 2015 00:20 (UTC +04:00)

Bakı-APA.  Çexiyada naməlum şəxslər müdafiə naziri Martin Stropnitskinin evinə  yandırıcı maye ilə dolu şüşə qablar atıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çexiya televiziyası xəbər verib.

 

Hücum zamanı müdafiə nazirinin ailə üzvləri evdə olub. İnsident nəticəsində zərərçəkən olmayıb. Martin Stropnitskinin yaşadığı ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Polis cinayətkarların axtarışına başlayıb.

 

Nazir  hadisənin baş verməsini "peşə fəaliyyəti" ilə əlaqələndirib.  “Baş vermiş hadisə dəyərlərimizə qarşı çıxış edən müxtəlif qrupların radikallaşdığını təsdiqləyir”, deyə M. Stropnitski bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR