Bank Of Baku

Çexiyanın keçmiş baş naziri və XİN rəhbəri prezident seçkilərin ikinci turuna keçiblər

Çexiyanın keçmiş baş naziri və XİN rəhbəri prezident seçkilərin ikinci turuna keçiblər
# 12 yanvar 2013 20:48 (UTC +04:00)

Bakı-APA.  Çexiyanın keçmiş baş naziri Miloş Zeman və baş nazirin birinci müavini, XİN rəhbəri Karel Şvarsenberq prezident seçkilərin yanvarın 25-də və 26-da keçiriləcək ikinci turunda qarşılaşacaqlar.

 

APA-nın “RİA Novosti”eə istinadən verdiyi xəbərə görə, rəsmi məlumata əsasən, ölkədəki seçki məntəqələrinin 99,06 faizində nəticələr hesağlandıqdan sonra Miloş Zeman səslərin 24,27% faizini toplayaraq liderlik edir.  İkinci yerdə Karel Şvarsenberq qərarlaşıb.  Ona seçicilərin 23,25  faizi səs verib.

 

Yerli politoloqlar Karel Şvarsenberqin ikinci tura keçməsini “siyasi sensasiya” kimi dəyərləndiriblər, çünki aparılan sosioloji sorğularda o həmişə dördüncü-beşinci yerləri tutub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR