Bank Of Baku

Corcio Napolitano yenidən İtaliya prezidenti seçilib

Corcio Napolitano yenidən İtaliya prezidenti seçilib
# 20 aprel 2013 20:56 (UTC +04:00)

Bakı-APA. İtaliya parlamenti Corcio Napolitanonu yenidən ölkə prezidenti seçib.  APA-nın məlumatına görə, Corcio Napolitano parlamentin xüsusi iclasında keçirilmiş səsvermənin nəticələrinə görə asanlıqla ikinci müddətə dövlət başçısı seçilib. Prezident seçilmək üçün ona 50 faizdən çox səs toplamaq tələb olunurdu: “5 ulduz hərəkatı” istisna olmaqla, Corcio Napolitannu bütün partiyalar dəstəkləyib.  

 

Bundan qabaq keçirilmiş səsvermənin 5 turu partiyalar arasında olan fikir ayrılığı səbəbindən  qalibləri müəyyən etməyib.   

 

87 yaşlı Corcio Napolitano seçkilərdə yaranan problemləri nəzərə alaraq namizədliyini ikinci müddətə irəli sürməyə razı olub. Son vaxtadək o belə variantı istisna edirdi.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR