Bakı. Viktoriya Dementyeva-APA. Bosniya və Herseqovina İslam Əməkdaşlıq Təşkilatının tam hüquqlu üzü ola bilər. APA-nın məlumatına görə, bu məsələ təşkilatın baş katibi Ekmaləddin İhsanoğlunun Bosniya-Herseqovinaya səfəri zamanı müzakirə olunub. Bosniya tərəfi İƏT-lə əməkdaşlığı tamhüquqlu üzv olmağa qədər inkişaf etdirməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, İƏT-ə 57 ölkə daxildir. Bosniya və Herseqovina 1994-cü ildən bu təşkilatda müşahidəçi statusuna malikdir.