Bank Of Baku

Əhməd Davudoğlu: “Türkiyə Gürcüstanla bir sıra layihələr həyata keçirəcək” - FOTO

Əhməd Davudoğlu: “Türkiyə Gürcüstanla bir sıra layihələr həyata keçirəcək” - <span style="color: red;">FOTO
# 27 mart 2013 14:33 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirləri Tiflisdə səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu keçirdiyi mətbuat konfransında deyib.

 

O, Türkiyədə gürcü kökənli vətəndaşların çox olduğunu deyib: “Gürcüstanda da Türkiyə ilə bağlı olan adamlar var. Gürcüstan və Türkiyə tarix boyu dost olublar və hər iki ölkə bundan sonra da dost olaraq qalacaq. Son 20 ildə ölkələrimiz arasında böyük əlaqələr qurulub, iş adamlarımız müxtəlif layihələr həyata keçirirlər. Türkiyə Gürcüstanın ən böyük iqtisadi ortağıdır. Türk iş adamları Gürcüstan iqtisadiyyatına 1 milyard dollar sərmayə yatırıblar”.

 

Əhməd Davudoğlu  iki ölkənin birlikdə bir sıra layihələr həyata keçirəcəyini bildirib: “Bizim üçün önəmli olan Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan layihələrini, Xəzər dənizini Aralıq dənizə bağlayan, Gürcüstanı dünyaya tanıdan önəmli layihələri biz birlikdə gerçəkləşdirdik. Biz əlaqələrin daha da dərinləşməsini istəyirik.  Gürcüstanın baş naziri İvanişvilinin Ankara səfərində Gürcüstanın xarici siyasəti çərçivəsindəki açıqlamaları hər iki ölkənin gələcəyinə xidmət edir”.

 

XİN başçısı Bidzina İvanişvilinin Türkiyə səfərini uğurlu adlandırıb: “İndi biz iki baş nazirin Ankarada qəbul etdiyi qərarları xarici işlər nazirləri olaraq müzakirə etdik. Sabah isə Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçiriləcək”.

 

Qeyd edək ki, bu gün Tiflisdə Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin ikitərəfli və nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçirilib. Türkiyəni Gürcüstanın strateji tərəfdaşı adlandıran Maya Pançikidze iki ölkə arasında iqtisadi-siyasi münasibətlərin daha da genişləndiyini deyib.

 

Əhməd Davudoğlunun Gürcüstanın baş naziri Bidzina İvanişvili, parlamentin sədri David Usupaşvili, reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Gürcüstan patriarxı - katalikos II İlya ilə görüşləri nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR