Bank Of Baku

Əhməd Davudoğlu: "Türkiyə kürd probleminin həllində yeni mərhələyə qədəm qoyub"

Əhməd Davudoğlu: "Türkiyə kürd probleminin həllində yeni mərhələyə  qədəm qoyub"
# 01 mart 2015 00:21 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi  xəbərə görə,  bu barədə ötən gün ömürlük  həbs cəzasına məhkum olunmuş PKK lideri Abdullah Öcalanın tərəfdarlarına mübarizəni dayandıraraq nizamlanmaya dair konqres keçirmək çağırışını şərh edərkən Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.  

 

“Silah və güc dilində danışmağın artıq sonu çatıb, demokratik siyasətə yol açıqdır, dinc yolla nizamlanma prosesi yeni mərhələyə  qədəm qoyub”, deyə  Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının gənclər təşkilatının konqresində çıxışı zamanı  qeyd edib. O əlavə edib ki, Türkiyə vətəndaşları arasında nifaq toxumu səpmək məqsədi ilə əhalinin türklərə, kürdlərə, ələvilərə və sünnilərə ayırmaq cəhdlərinə yol verilməyəcək.

 

Qeyd edək ki, 40 mindən çox insanın həyatına son qoymuş 35 illik münaqişənin nizamlanması məqsədi ilə Türkiyə hakimiyyəti  2012-ci ilin oktyabrında ömürlük  həbs cəzasına məhkum olunmuş PKK lideri Abdullah Öcalan ilə danışıqlara başlayıb. Tərəflər üzərilərinə öhdəliklər götürərək münaqişənin həlli ilə bağlı  “yol xəritəsi” hazırlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR