Bakı – APA. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu martın 27-də Gürcüstana səfər edəcək. APA-nın “Qruziya Online” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya açıqlayıb. O bildirib ki, Ə. Davudoğlu prezident Mixail Saakaşvili, baş nazir Bidzina İvanişvili, parlamentin sədri David Usupaşvili, həmkarı Maya Pancikidze və reinteqrasiya üzrə dövlət naziri Paata Zakareişvili ilə görüşlər keçirəcək.
Görüşlərdə ikitərəfli əlaqələr və Gürcüstanın NATO-ya üzvlük prosesinə Türkiyənin dəstəyi müzakirə olunacaq.