Bank Of Baku

Ərdoğan: “Kürdçülük və türkçülük bölücülükdür”

Ərdoğan: “Kürdçülük və türkçülük bölücülükdür”
# 18 oktyabr 2017 15:18 (UTC +04:00)

“Bizim İraqdakı, Suriyadakı kürd qardaşlarımızla düşmənçiliyimiz yoxdur. İraq və Suriyadakı ərəblərə, türkmənlərə necə baxırıqsa, kürdlərə də eyni cür baxırıq. Bizim sadəcə və sadəcə terror təşkilatları ilə problemimiz var”.

 

APA-nın Türkiyə saytlarına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada 40-cı muxtarlar toplantısında çıxışında deyib.

 

R. T. Ərdoğan bildirib ki, Türkiyə terror təşkilatları ilə mübarizə apararkən onların dininə, dilinə, kimliyinə baxmır: “PYD və YPG çox təəssüf ki, kürdlərdən istifadə edən terror təşkilatlarıdır, PKK-nın qollarıdır. Kürd qardaşlarım, qüsura baxmayın, əgər bu terrorçuları müdafiə edirsinizsə, burada yollarımız ayrılır. Səmimi olmalıyıq. Mənim üçün türk, kürd, laz, çərkəz, abxaz ayrı-seçkiliyi yoxdur. Kürdəm demək ən təbii haqqınızdır, amma kürdçülük haqqınız deyil. Türkəm demək ən təbii haqqınızdır, amma türkçülük haqqınız deyil. Çünki bunlar bölücülükdür”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR