Bank Of Baku

Ərdoğan: «İstanbul BMT-nin mərkəzlərindən biri olmalıdır»

Ərdoğan: «İstanbul BMT-nin mərkəzlərindən biri olmalıdır»
# 09 aprel 2013 01:46 (UTC +04:00)

Baku-APA. İstanbul BMT-nin mərkəzlərindən biri olmalıdır. APA-nın məlumatına görə, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.

 

«İstanbul BMT üçün vacib mərkəz olmaq potensialına malikdir. Bu dünyada sülh, tolerantlıq, qlobal ədalət, xalqlar arasında qarşılıqlı anlaşma üçün vacib addım olacaq», deyə o bildirib.

 

Türkiyə baş naziri vurğulayıb ki, dünyanın ən gözəl şəhərlərindən sayılan İstanbul çox sivilizasiyaların tarixi ilə bağlı olduğuna və Avropa ilə Asiya arasında körpü olduğuna görə müxtəlif ölkə və qitələrin inteqrasiyasına yardım edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR